"Bu ilin sonuna qədər Azərbaycanda bazar payımızı artırmaq niyyətindəyik".
Bunu Bakıda keçirilən "I MDB Beynəlxalq Bankçılıq Sərgi-Konfransı"nda Çinin "Unionpay" ödəniş sisteminin rəhbəri Cenq Don deyib.
Qeyd edək ki, konfransda banklar və maliyyə texnologiyaları, elektron ticarətdə müasir ödəniş sistemlərindən istifadə, autentifikasiyanın yeni üsulları, banklarda İT təhlükəsizliyin müasir həlləri mövzusunda müzakirələr aparılacaq.