Dünya kriptovalyuta bazarında kütləvi bahalaşma qeyd alınıb.
FED.az xəbər verir ki, aprelin 13-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın hamısı bahalaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitkoin son sutka ərzində 818 dollar və ya 11,7% bahalaşaraq 7788 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 931 dollar və ya 13,5% bahalaşıb.
Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 50 dollar və ya 11,4% bahalaşaraq 485 dollar olub.
Son həftə ərzində isə Etherium 105 dollar və ya 27,6% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Mithril-da(225,62%) müşahidə olunub.
Virtual pulların hamısı bahalaşdı – QİYMƏTLƏR
09:28
13 Aprel 2018