FED.az xəbər verir ki , Bakı Şəhər İcra Hakimiyyəti Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evlərinin balansında olan elektrik avadanlıqlarına, əsas vəsaitlərə baxış keçirilməsi və texniki rəy verilməsinin satınalınması məqsədilə tender keçirir.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 100 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, İstiqlaliyyət küçəsi 18 nömrəli ünvandan ala bilərlər. Əlaqələndirici şəxs: Əsədov Kamran Şövkət oğlu, telefon: 492-63-90.
Eləcə də bax : Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzi - Tender elanı
Eləcə də bax : Ağcabədi İcra Hakimiyyəti - Tender elanı
Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
SWIFT CTREAZ22
Məktəbəqədər Təhsil Müəssisələri İdarəsi
İBAN: AZ27CTRE00000000000002518337
VÖEN: 1701374451
Büdcə səviyyəsinin kodu, fond 7Y
Büdcə təsnifatı kodu 142340
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflər açıldığı tarıxdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 (iki) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında büdcə, bank, sosial sığorta və vergi öhdəliklərinin olmaması haqqında arayış;
- iddiaçının son bir ildəki fəaliyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatda keçdiyi ölkə və rekvizitləri.
Sənədləri Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
Tender proseduru “ Dövlət satınalmalrı haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 may 2018-ci il saat 18.00-a qədər, tender təklif və bank zəmanətini isə möhürlənmiş, ikiqat zərfdə 24 may 2018-ci il saat 17.00-a qədər Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə (ünvan:Bakı, İstiqlaliyyət küçəsi18) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 25 may 2018-ci il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
Tender komissiyası