Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Fondun əməkdaşlarının tibbi sığortası ilə əlaqədar 28 mart 2018-ci il tarixdə keçirilən kotirovka sorğusu baş tutmayıb.
Bununla əlaqədar Əmanətlərin Sığortalanması Fondu əməkdaşlarının tibbi sığortalanmasının satınalması üçün yeni kotirovka sorğusu elan edir.
Təkliflər 25 aprel 2018-ci il saat 15:00-dək qəbul olunur.
Təklif zərfləri 26 aprel 2018-ci il saat 12:00-da açılacaqdır.
Əlaqələndirici şəxs: Dəyanət Vəliməmmədli tel: 051-510-24-94
Ünvan: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 16
Kotirovka sorğusunda iştirak etmək istəyən şirkətlər aşağıdakı linkdən şərtlər toplusu ilə tanış ola bilərlər.
Eləcə də bax :Dövlət Statistika Komitəsi - Tender elanı
ADİF tibbi sığortaçı axtarır - KOTİROVKA SORĞUSU

12:53
10 Aprel 2018