Tender 1 lot üzrə keçirilir:
Lot-1. Hacı Zeynalabdin qəsəbə küçə və yollarının asfalt örtüyünün təmirinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununa uyğun yuxarıda qeyd olunan lot üzrə öz yazılı tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-sərfəli tender təklifinə, yüksək keyfiyyətə, müqavilənin vaxtında yerinə yetirilməsinə, iddiaçının maliyyə vəziyyətinə.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Müqavilə il ərzində yerinə yetirilməlidir.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Q.Qarayev küçəsi 10 nömrəli ünvandan ala bilərlər.
Əlaqələndirici şəxs: Əliyev Ramil
Dilavər oğlu.
Eləcə də bax :“Azəristiliktəchizat” ASC - Tender elanı
Eləcə də bax :"Azərmarka" MMC - Kotirovka sorğusu
İştirak haqqı 290 manatdır.
Təşkilat: Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi,
VÖEN № 2900329461
Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
VÖEN: 1401555071
M/H: AZ 41 NABZ 01360100000000003944
S.W.I.F.T. BIK: CTREAZ 22
H/H AZ 84 CTRE00000000000002516632
Büdcə təşkilatının kodu: 142340
Fond: 7Y
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);
-podratçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı;
-podratçının tam adı, hüquqi statusu,nizamnaməsi,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
Tender proseduru “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 25 aprel 2018-ci il saat 18.00-a qədər möhürlənmiş, ikiqat zərfdə, bank təminatı və tender təkliflərini isə 4 may 2018-ci il saat 18.00-a kimi Hacı Zeynalabdin qəsəbəsi, Q.Qarayev küçəsi 10 nömrəli ünvanda Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəliyinə təqdim etməlidirdər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 7 may 2018-ci il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası