Tender 1 lot üzrə keçirilir::
lot 1 - Dövlət Sosial Müdafiə Fondunun server avadanlıqlarına, Fond tərəfindən həyata keçirilən elektron xidmətlərə, informasiya ehtiyatlarına və sistemlərinə dəstəyin göstərilməsi xidmətləri
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, H.Zərdabi pr. 80 (Əlaqələndirici şəxs :Tender Komissiyası, telefon :(012) 530-29-03) ünvanından ala bilərlər .
Eləcə də bax : Daxili Qoşunların Baş İdarəsi - Tender elanı
Eləcə də bax : Şəki Mədəniyyət və Turizm İdarəsi - Tender elanı
İştirak haqqı
lot 1 - 500 manat
Hesab: | AZ46CTRE00000000000007018504 |
VÖEN | 1300050781 |
Bank: | Dövlət Xəzinədarlığı Agentliyi |
Kodu: | 210005 |
VÖEN: | 1401555071 |
M/H: | AZ41NABZ01360100000000003944 |
S.W.İ.F.T: | CTREAZ22 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər: - İddiaçının 2015,2016 illər üzrə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş mənfəət vergisi bəyannaməsinin surəti; - İddiaçının xidmət göstərəcəyi sahə üzrə lisenziya və sertifikatların təsdiq edilmiş surəti; - Bənzər layihələr üzrə iş təcrübəsini təsdiq etmək üçün belə layihələrin həyata keçirildiyi ən azı 3(üç) müəssisə və təşkilatdan tövsiyyə məktubu; - İxtisas uyğunluğunun müəyyənləşdirilməsi üçün sənədlər; - İddiaçının bənzər işlərlə bağlı minimum 5 illik təcrübəsini təsdiq edən sənədlər; - İddiaçı"Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi fəaliyyəti"nə dair lisenziyası.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-05-07 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-05-18 17:00qədər Bakı şəhəri, H.Zərdabi pr. 80 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-05-21 15:00 tarixində Bakı şəhəri, H.Zərdabi pr.80 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI