2017-ci ildə Neft Fondunun vəsaitləri 35 mlrd 807 mln dollar olub. FED.az Fondun açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, il ərzində fondun vəsaitləri cəmi 2 mlrd 660 mln dollar artıb.
Bəs, neft pulları necə idarə olunur? Hesabata əsasən, vəsaitlərin 76,3% -i istiqrazlara və pul bazarı alətlərinə yatırılıb. 14,9%-i isə səhmlərə investesiya edilib. 5,3%-i daşınmaz əmlaka qoyulub. Fondun pullarının 3,5%-i qızıl ehtiyatlarıdır.
Eləcə də bax: Azərbaycanda 48% azalma olan sahə hansıdır?
Neft Fondu ehtiyatlı yanaşma nümayiş etdirərək pulların 38,7 %-ini məhz Avropa ərazisində yerləşdirib. Vəsaitlərin 27,87%-i Şimali Amerika , 0,03% Cənubi Amerika, 0,12 % Yaxın Şərq , 26,05% Asiya , 2,71% Avstraliyanın payına düşür. Hesabata əsasən, investisiyaların 69,03%-i inkişaf etmiş ölkələrin, 26,15% -i inkişaf etməkdə olan ölkələrin, 4,82%-i isə Beynəlxalq Maliyyə Təşkilatlarının payına düşür.
Toplam gəlirlilik (qızıl ilə birlikdə) isə 2,32% təşkil edir. Fond il ərzində istiqraz və pul alətlərindən – 0,65%, səhmlərdən – 1,01%, daşınmaz əmlakdan – 0,22%, qızıldan 0,44% gəlir götürüb.
Azərbaycanın neft pulları hara yatırılır? - HESABAT
10:42
5 Aprel 2018