“PAŞA Sığorta” ASC 2017-ci ili 13 milyon 94 min manat xalis mənfəət ilə başa vurub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 33% azalma deməkdir.
FED.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “PAŞA Sığorta”nın gəlirləri 111 milyon 697 min manat, xərcləri 95 milyon 202 min manat təşkil edib. Şirkətin 16 milyon 494 min manat mənfəəti olub və bundan 3 milyon 400 min manat mənfəət vergisi ödəyib.
“PAŞA Sığorta”nın topladığı sığorta haqları 98 milyon 199 min manatdan 104 milyon 911 min manata yüskəlib. Sığorta ödənişləri isə əksinə azalıb və 47 milyon 738 min manatdan 44 milyon 990 min manata enib.
2017-ci ilin yekununa görə, “PAŞA Sığorta”nın aktivləri 153 milyon 36 min manat, kapitalı 66 milyon 152 min manat, öhdəlikləri 86 milyon 883 min manat təşkil edib.