Bugünədək “Güzəştli mənzil” elektron sistemi vasitəsilə 8000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək hər biri üçün şəxsi elektron kabineti yaradılıb.
FED.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin aparatının rəhbəri Anar Quliyev gənclərlə görüşdə bildirib.
Görüşdə bildirilib ki, güzəştli mənzil istəyənlərin qeydiyyatını aparmaq üçün nəzərdə tutulan “Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalında 30.05.2017-ci il tarixində istifadəyə verilib. Burada vətəndaşların müraciətlərinin real vaxt rejimində, vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatını aparmaq, habelə virtual qaydada mənzil seçmək mümkündür.
Xatırladaq ki, hazırda Bakıda iki ərazidə sosial mənzillər tikilir. Sosial yaşayış komplekslərindən biri Yasamalda (təqribən 2 min mənzil), digəri isə Hövsanda (təqribən 3 min mənzil) inşa edilir. Burada nəzərdə tutulan sosial mənzillərin ümumi sayı 5 minə yaxındır.
Növbəti sosial yaşayış komplekslərinin ölkənin bölgələrində də tikiləcəyi planlaşdırılır.
Bakıda 8 min nəfər sosial mənzil istəyir
16:08
15 Mart 2018