FED.az xəbər verir ki, Banker.az-ın redaksiyasına Süleymanov Fuad adlı oxucu müraciət ünvanlayıb. Müraciətdə oxucu Əmanətlərin Sığortalanması Fondunu öz öhdəliklərini vaxtında icra etməməkdə günahlandırır.
Müraciətin tam mətni ilə sizi tanış edirik:
Mən, Süleymanov Fuad Hüseyn oğlu 26.02.2018 ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun sifarişçi olduğu hərracda ilkin qiyməti 18570 manat olan Mitsubishi Outlander markalı avtomobili 25638manata almışam. Hərrac qaydalarına əsasən 5 iş günü ərzində lazımı sənədləri və ödənişi Əmanətlərin sığortalanması fonduna təqdim etmişəm. Lakin Əmanətlərin Sığortalanması Fondu öz öhtəliklərinin yerinə yetirmir. 04 May 2017-ci il tarixli qerarla təsdiqlənmiş hərrac qaydalarına əsasən alıci və satıcı arasında müqavilə imzalandığı tarixdən 3 iş günündən gec olmayaraq alınan mal alıcıya təhvil verilməliidi. Müqavilə 06.03.2018 tarixində imzalanmışdır və avtomobil fiziki olaraq 06.03.2018 tarixində mənə təqdim edilmişdir. Lakin avtomobili öz adıma sənədləşdirmək üçün lazımı sənəd bu günədək mənə təhvil verilməmişdir. Hazırda avtomobili istifadə etməyim mümkün deyil. Eyni zamanda Əmanətlərin Sığortalanması Fondu avtomobili öz adıma necə sənədləşdirməyim haqqında mənə heçbir yazlı və ya şifahi təlimatlar verməmişdir, əksinə mən Əmanətlərin Sığortalanması Fondunun əməkdaşlarına sənədləşdirmə prosesinin DYP tərəfindən hansı tələblərlə baş verməsi haqqnda məlumat vermişəm. Bütün bu yuxarıda sadalananlar Əmanətlərin Sığortalanması Fondunun biganəliyi, səriştəsizliyi və məsuliyyətsizliyi haqqında xəbər verir. Qeyd edimki 26.02.2018 tarixində keçirilən hərracın gedişatı haqqında 28.07.2018 tarixində fondun icraçı direktoru Vuqar Abdullayevə şikayət mətubu ünvanlamışam, həmin məktuba buğünə qədər cavab almamışam və eyni zamanda Əmanətlərin Sığortalanması Fondu avtomobili sənədləşdirməyim üçün zəruri olan sənədi nə zaman təqdim edəcəkləri haqqlnda da məlumat vermir.