Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasının maliyyələşdirilməsinə dair yeni prosedur müəyyənləşdirilib.
FED.az xəbər verir ki, bu, prezident İlham Əliyevin martın 7-də imzaladığı “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılmış “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsində əksini tapıb.
Eləcə də bax: Azərbaycanda yeni publik hüquqi şəxs yaradılır
Qeyd edək ki, bundan əvvəl Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı il 19 oktyabr tarixli sərəncamı əsasında həyata keçirilib. Həmin sərəncama uyğun olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” hazırlanıb və Dövlət Proqramı çərçivəsində istedadlı Azərbaycan gənclərinin xaricdə təhsili təşkil edilib.