Azərbaycanda mübadilə əməliyyatlarında nağd dolların alışı kəskin aşağı düşüb. FED.az xəbər verir ki, azalma 826 milyon dollar təşkil edir.
Mərkəzi Bankın açıqladığı məlumatlara əsasən, 2016-cı ildə dolların nağd alışı 2 milyard 559 milyon 517 mindən 1 milyard 733 milyon 190 minə düşüb. Bu tendensiya nağd avronun alışında da özünü göstərir. Belə ki, avronu alışı 88 milyon azalıb və 204 189 min avroya düşüb. Əksinə rus rublunun alışı isə 3 milyard rubl artıb və rəqəmlərə görə, 2017-ci ildə Azərbaycan vətəndaşları nağd şəkildə 14 milyard 23 milyon 485 in rubl alıblar.
Nağd valyuta əməliyyatlarında dolların alışı üzrə dinamika:
Cədvəldən görünür ki, ölkəmizdə kapitalı olan şəxslər xarici valyutalarla bağlı tendensiyanı izləyir və valyuta portfellərini məzənnə dəyişikliyindən qazanmaq məqsədilə dəyişirlər. Belə ki, 2017-ci ildə funtun bahalaşacağı ilə bağlı proqünozlar bu valyutaların alışına təsir edib. Yəni, funtun nağd alışı 1 milyon artıb. Artım əsasən bu proqnozların səsləndiyi vaxt yəni, 2017-cilin oktyabr-noyabr aylarında baş verib. 2017-ci ilin dekabrdında isə funtun nağd satışı 7 dəfə artıb və 7 milyon 788 min funta yüksəlib. Bu isə ilin sonunda funtun bahalaşması ilə hüquqqi şəxslərin portfellərindəki funtu sataraq manata və digər valyutalara çevirmələri ilə izah olunur.
Eləcə də bax: Aktivlərin azalmasına Mərkəzi Bankdan - MÜNASİBƏT
Nağd valyuta əməliyyatlarında yalnız rus rublunun alış və satışıında stabil artım dinamikası izlənilir, bunun səbəblərindən biri isə yəqin ki, şimal qonşumuzun əsas ixrac və idxal portnyorumuz olmasından irəli gəlir və bu ölkə ilə ticarət dövriyyəsinin həcmi getdikcə artır.