Azərbaycanın plastik boru istehsalçısı olane «Metak» Bakı Fond Birjasında öz istiqrazlarını yerləşdirib. FED.az-a BFB-dən veridən məlumata görə, 29 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında “MET-AK”MMC-nin AZ2001020273 ISIN-li, 2 mln manat həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Yerləşdirmə zamanı istiqrazın hərrac qiyməti 1000 AZN olub. Metak istiqrazları üzrə sifariş elə istiqrazın həcmi qədər - 2 milyon manat olub və bütün istiqrazlar yerləşdirilib.
İstiqrazların ödəmə tarixi 29 yanvar 2019-cu ildir.