Plastik boru istehsalçısı olan yerli «Metak» şirkətinin istiqrazlarının yerləşdirilməsi ilə bağlı bu gün, yanvarın 25-də keçirilməsi gözlənilən hərrac baş tutmayıb.
Bu barədə FED.az-a şirkətdən bildirilib. Qeyd edək ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Şirkət hərracın baş tutmamasını texniki problemlərlə izah ediblər: «Əsində bu gün saat 3-də başa çatmalı olan hərrac texniki səbəblərdən baş tutmayıb. Hərrac gələn həftə yenidən keçiriləcək».
Xatırladaq ki, yanvarın 25-də Bakı Fond Birjasında (BFB) “MET-AK”MMC-nin 2 milyon manatlıq faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdi. İstiqrazların nominal dəyəri və hərrac qiyməti 1000 manat, tədavül müddəti 365 gündür. "MET-AK" qiymətli kağızları üçün 14% gəlirlilik vəd edir. Faiz gəlirlərinin ödənişi hər 3 aydan bir həyata keçiriləcək. İstiqrazların anderrayteri AzFinans İŞ QSC-dir.
"Metak" istiqrazları üzrə hərrac baş tutmadı – EKSKLÜZİV
15:43
25 Yan 2018