Gələn ildən etibarən xaricdən gətirilən avtomobillərə gömrük rüsumları artırılacaq. FED.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş yeni gömrük rüsumlarına əsasən, xaricdən gətirilən və istehsal ili 1 ilədək olan (yəni təzə) maşınların mühərrikinin hər kubsantimetrinə görə gömrük rüsumu 0,4 dollardan 0,7 dollara qaldırılıb. İstehsal ili 1 ildən artıq olan maşınlara görə gömrük rüsumu isə mühərrikin hər kubsantimetrinə görə, 0,7 dollardan 1,2 dollara qaldırılıb.
Başqa sözlə, hətta digər vergilərdə dəyişiklik olmasa belə, təzə avtomobillərin qiyməti mühərrikinin həcminn hər kubsantimetrinə görə 0,3 dollar, köhnə (yaşı bir ildən artıq olan) avtomobillər isə 0,5 dollara bahalaşacaq.
Bu hesabla FED.az-ın hesablamasına görə, mühərrikinin həcmi 1,6 litr olan köhnə avtomobillərin qiyməti 800 dollar, 2 litr olan köhnə avtoombillər 1000 dollar, mühərrikin həcmi 3 litr olan köhnə avtomobillər isə 1500 dollar bahalaşacaq.
Təzə avtomobillər də isə mühərrikin həcmi 1,6 litr olanlar 480 dollar, mühərrikin həcmi 2 litr olanlar 600 dollar, mühərrikin həcmi 3 litr olan avtomobillər isə 900 dollar bahalaşacaq.
Eləcə də bax: Bazarda ən ucuz yeni avtomobili biz satacağıq – MÜSAHİBƏ
Xaricdən gətirilən maşınlar bahalaşacaq - YENİ GÖMRÜK RÜSUMU
09:01
26 Dek 2017