Bu ilin 9 aylıq nəticələrinə əsasən yığımlar üzrə bazar payını artıran sığorta şirkətləri məlum olub. 10 sığorta şirkəti üçün nəticələr ürəkaçandır.
Belə ki, 8 sığorta şirkəti bazar payını artıra bilib. Bazar payında artıma görə, ən böyük dinamika “PAŞA Həyat” sığorta şirkətində müşahidə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin bazar payı 16,1%-dən 27,1%-ə yüksəlib. “PAŞA Sığorta” 22,6% göstərici ilə ikinci olub. Bazar ən çox artırmağı bacaran 3-cü şirkət isə “Qala Sığorta” olub. Şirkət bazar payını 1% artıraraq 1,6%-ə yüksəldə bilib.
Siyahıda yer alan yalnız “A Qroup Sığorta” şirkəti nəticəsini yüksəldə bilməsə də, öz payını qoruyub saxlaya bilib. Sığorta bazarına yeni daxil olan “Naxçıvan Sığorta” isə 0,02% pay əldə edib. Tam siyahı belədir:
№ |
Sığortaçının adı |
2016/9ay |
2017/9 ay |
1 |
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
16.10% |
27.10% |
2 |
“Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti |
21.10% |
22.60% |
3 |
“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti |
4.20% |
4.50% |
4 |
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti |
2.00% |
2.30% |
5 |
“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
1.00% |
1.80% |
6 |
“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
0.60% |
1.60% |
7 |
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
1.30% |
1.50% |
8 |
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti |
0.80% |
0.80% |
9 |
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti |
0.20% |
0.30% |
10 |
"Naxçıvan Sığorta" |
- |
0.02% |
Buna da baxın: İcbari sığortada kağız dövrü bitdi