«AccessBank» bu ilin ilk 9 ayının nəticələrinə açıqlayıb.
FED.az bankın rəsmi hesabatına əsasən məlumat verir ki, bu ilin 9 ay ərzində AccessBank faiz gəlirləri keçən ilin sonuna olan göstəriciləri ilə müqayisədə 42,3 % azalaraq 78,1 mln manat, faiz xərcləri 25,1 % azalaraq 49,2 mln manat,qeyri-faiz gəliri 83,5 % azalaraq 6 mln manat, qeyri-faiz xərcləri 31,5% azalaraq 49,9 mln manat təşkil edib.
Oktyabrın 1-nə Bankın aktivləri 852 mln manat olub ki, bu da ilin sonu ilə müqayisədə 19,5 % kiçikdir. Bunun 497,7 mln manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda AccessBankın kredit portfelində 16,9 % azalma müşahidə olunub.
Bununla yanaşı, bank kreditlərin bölgüsü və Problemli kreditlərin həcmi barədə məlumatı paylaşılmayıb.
Hesabat tarixinə AccessBankın öhdəlikləri 23,1 % azalaraq 773,6 mln manat təşkil edib.
Bunun 376,8 mln manatı müştərilərdən alınmış depozitlərdir. Bu keçən ilki göstəricilərlə müqayisədə 32,3 % artıqdır.
Hesabatda depozitlərin hüquqi və fiziki şəxslər üzrə bölgüsü barədə məlumat da açıqlanmayıb.
AccessBankın kapitalı ilin sonuna olan göstərici ilə müqayisədə 49,4 % artaraq 78,4 mln manat təşkil edib.
Böyük bankdan 48,3 milyon manatlıq – ZƏRƏR HESABATI
09:34
1 Noy 2017