Bu gün Bakıda TÜİb üzvü olan Dünyagöz Xəstəxanasının yeni fililalının rəsmi açılışı baş tutub.
FED.az xəbər verir ki, açılışı Türkiyə Təhsil Naziri İsmet Yılmaz edib. Tədbirdə Dünyagöz Xəstəxanasının idarə heyətinin sədri Eray Kapıcıoğlu, TÜİB tərəfindən isə birliyin baş katibi Birol Malkoç və TÜİB üzvü olan Selcuk Adıgözəl iştirak edib.
1996-ci ildən bu yana xidmət vərməkdə olan Dünyagöz Xəstəxanalar Qrupu, ard-arda reallaşdırdığı investisiyalarına bir yenisini daha əlavə edərək sürətlə böyüməyə davam edir. Dünyada göz sağlamlığının bir nömrəli ünvanı olmağı hədəf edərək geniş kütlələrə çatan Dünyagözün indiki dayanacağı isə Azərbaycandır. Digər 22 xəstəxanasında olduğu kimi, burada da göz sağlamlığına aid bütün problemlərə həll gətirmə hədəfiylə xəstəxanamız 2017 Apreldən etibarən Bakıda xidmət verməyə başlamışdır.
Şəhərin mərkəzində, Səbail rayonunda 5300 m2 sahə üzərinə qurulan təsis, geniş personal, hər biri öz sahəsində mütəxəssis 20 nəfərlik tibbi qrup, son texnologiyadakı infrastrukturu və fərqli müalicə üsullarıyla Azərbaycan xalqının da göz sağlamlığına qovuşmasını təmin edir.
Müasir memarlıq, hər cür konforun diqqətlə düşünüldüyü xəstə otaqları və gülərüz xidməti ilə rəqib tanımayan Dünyagöz Bakı, sizlərə göz sağlamlığını ən yaxşı şəkildə təqdim etməklə fəxr edir.