Azərbaycanın ən byöük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) ilk 2017-ci ilin ilk 9 ayı üzrə maliyyə hesabatını açıqlayıb. FED.az-a bankdan verilən məlumata görə, hesabata əsasən, ABB ilk 9 ayı 470 mln. manat mənfəətlə başa vurub.
"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 469,893 min manat mənfəət əldə edib.
Oktyabrın 1-nə bankın aktivlərinin həcmi 7 mlrd. 106,530 mln. manat təşkil edib ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 49,93% azdır.
Bankın kredit portfeli 56,83% azalaraq 2 mlrd. 217,421 mln. manata enib.
Hazırda dövlət bankında likvid aktivlərin həcmi 1 mlrd. 604,712 mln. manat, banklardakı depozitlərinin həcmi 3 mlrd. 50,949 mln. manat təşkil edir.
ABB-nin öhdəlikləri 50,53% azalaraq 6 mlrd. 739,125 mln. manata çatıb.
Öhdəliklərin strukturuna gəlincə, burada banklar və digər maliyyə institutlarının vəsaitləri 2 mlrd. 348,052 mln. manat, fiziki şəxslərin tələbli depozitləri 437,408 mln. manat, hüquqi şəxslərin tələbli depozitləri 2 mlrd. 537,421 mln. manat, fiziki və hüquqi şəxslərin müddətli depozitləri 1 mlrd. 4,817 mln. manat təşkil edir (apa.az).
Qeyd edək ki, bankın problemli aktivlərinin «təmizlənməsi» və xarici kreditorlarla bağlı problemlərin həllindən sonra ABB-nin normal həyata qayıdacağı və mənfəətə çıxacağı gözlənilirdi. Ekspertlər hesab edir ki, sadalanan problemlərin həlindən sonra ABB yenidən bank sisteminin sağlam üzvünə çevriləcək.
FED.az yaxın dəqiqələrdə bankın hesabatının tam versiyasını oxucularına təqdim edəcək.