Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin markalarına görə bölgüsü açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin sonunda Azərbaycanda 1 milyon 170 min 672 ədəd minik avtomobili qeydiyyatda olub. Qeydiyyatdakı avtomobillərin 400 min 508 ədədi və ya 34,2% VAZ modelləridir.
Həmçinin Azərbaycanda 199 min 16 ədəd Mercedes-Benz, 68 min 179 ədəd Hyundai, 50 min 797 ədəd Toyota, 47 min 518 ədəd QAZ, 44 min 37 ədəd Opel, 34 min 186 ədəd KİA, 33 min 245 ədəd Nissan, 26 min 167 ədəd BMW, 21 min 554 ədəd Mitsubishi, 21 min 418 ədəd Wolkswagen və s. qeydiyyatda olub.