05 avqust 2019 11:42

Sentyabrın ilk hərracı: 55 əmlak satışa çıxarıldı - SƏRFƏLİ QİYMƏTƏ

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən özəlləşdirmə hərracları müxtəlif
iqtisadi sahələrə investisiyaların yatırılması, o cümlədən özəl sektorun inkişafı baxımından
əhəmiyyətlidir. Hərrac xidmətlərində elektron imkanların təminatı ilə sərmayəçilər heç bir
çətinlik olmadan dövlət əmlaklarının özəlləşdirilməsinə qoşula bilir. Seçim və sifarişlərin
elektron formada verilməsi, o cümlədən istənilən yerdən hərracda onlayn iştirak potensial
investorların rahatlığına yönəlib.
Eləcə də bax:«Qeydiyyatsız evə görə kompensasiyanı rüşvət almış icra hakimiyyəti verməlidir» - AMNİSTİYA TƏKLİFİ

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 03 sentyabr tarixində
keçiriləcək. Ayın ilk hərracına 55 dövlət əmlakı çıxarılıb. Onlar arasında səhmdar
cəmiyyətlərinin dövlətə məxsus səhm paketləri, eləcə də nəqliyyat vasitələri var. Elan edilən
bu hərraca çıxarılan səhmdar cəmiyyətləri Yevlax, İsmayıllı, Goranboy kimi şəhər və
rayonlarda yerləşir. Sərmayəçilər “Biləsuvar Broyler”, “Ağdaş Quşçuluq”, “Zərdab
Aqrotexservis” kimi dövlət müəssisələrinin 30% ilə 45% arasında olan səhm paketlərinin
özəlləşməsinə qoşula bilər. Hərraca çıxarılan səhmdar cəmiyyətlərindən biri Qax şəhəri,
Ü.Hacıbəyov küçəsindəki “Qax Taxıl” adlı dövlət müəssisəsidir. Taxıl məhsullarının tədarükü,
emalı və satışı üzrə fəaliyyət göstərəm müəssisənin torpaq sahəsi 84.9 min kv.m, tikili sahəsi
isə 22.6 min kv.m-dir. Səhmdar cəmiyyətinin ərazisində idarə binası, yeməkxana, qarğıdalı
quruducu sexləri, çörək sexi, un dəyirmanı, müxtəlif təyinatlı anbarlar və digər tikililər var.
Avtomobil sahibi olmaq istəyən şəxslərin budəfəki hərracda geniş seçim imkanları var.
Belə ki, buraxılış tarixi 2006-2008 olan nəqliyyat vasitələri VAZ, Qaz və Hyundai markalarına
aiddir.
Özəlləşməyə çıxarılan dövlət əmlakları üzrə hərracda iştirak etmək istəyən şəxslər
komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil
ola bilər. Qeyd edək ki, keçirilən hərraclara sifarişçilərlə yanaşı, digər şəxslər də həm onlayn,
həm də məkana gəlməklə qoşula bilər. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin
Elektron hərrac xidmətinə (https://e-emdk.gov.az/eHerrac) daxil olmaq kifayətdir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz