01 avqust 2019 16:24

"Rəvan Sığorta"nın Direktorlar Şurasının sədri vəzifəsini - TƏRK EDİR

Sentyabrın 2-də, saat 11:00-da "Rəvan Sığorta" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

FED.az bu barədə "Report"a istinadən xəbər verir. 
Eləcə də bax:“Rabitəbank”a yeni şöbə müdiri - TƏYİN OLUNUB

Məlumata görə, yığıncaq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 40 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə Surxay Əhmədovun “Rəvan Sığorta” ASC-nin Direktorlar Şurasına üzv seçilməsi və Şuranın sədri təyin edilməsi məsələsi daxildir. O, bu vəzifədə Emin Abbasovu əvəz edəcək. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz