FED.az xəbər verir ki, Zamiq Mədətov Bankda kredit departamentinin direktoru vəzifəsinə təyin edilib. O, bankın bütün kredit məhsullarının satışına rəhbərlik edəcək.
Zamiq Mədətov 2001-2007-ci illərdə bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Müxtəlif illərdə ixtisaslaşmış sertifikasiya kurslarında təlim keçib, beynəlxalq sertifikatlara yiyələnərək menecment, biznesin inkişafı, kredit risklərinin idarə olunması, kadrların təlimi və inkişafı sahələrində bilik və bacarıqlarına yiyələnib.
Zamiq Mədətov 10 ildən çox müddət “AccessBank”-da Kredit Departamentində Qrup Rəhbəri, Təlim və İnkişaf üzrə Menecer və Filial Rəhbəri kimi vəzifələrdə çalışıb. 2019-ci ilin iyun ayından etibarən Bank “BTB”-yə cəlb edilib.
Qeyd edək ki, Bank “BTB” ASC 2019-2021-ci illər üçün yeni strateji planını təsdiqləyib. Yeni inkişaf strategiyası çərçivəsində bank əsas diqqət və resurslarını müştəri məmnuniyyətinin yüksəldilməsi, keyfiyyətli müştəri bazasının artırılması, satış üsul və vasitələrinin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi vasitələri ilə bazar payının artırılmasına nail olmağa yönəltmişdir. Bundan başqa, növbəti üç ildə davamlı inkişafı təmin etmək üçün daxili kadr potensialını gücləndirmək, əməkdaşların fərdi inkişafını təmin etmək, proses və bacarıqların təkmilləşdirilməsi kimi məsələləri strateji hədəf olaraq müəyyənləşdirib.