Türk Lirəsi dollar qarşısında bahalaşmaqda davam edir.
FED.az xəbər verir ki, dünən 1%-dən çox düşərək 5.67-dən 5.60-a qədər geriləyən Dollar/TL məzənnəsi bu gün də geriləməkdə davam edib və 0.7%-dən çox azalma ilə 5.5694-ü test edib.
Avro 0.7% ucuzlaşaraq 6.21 lirəyə geriləyib.
Bu həftə ABŞ Mərkəzi Bankının faiz qərarı məzənnənin hərəkəti baxımından əhəmiyyətli olacaq. Fed-in 2008-ci ildən bəri ilk dəfə faiz endirməsi gözlənilir. Faiz endirimi gözləntiləri Türk Lirəsini dəstəkləyir.
Bu həftə Türkiyə Respublikası Mərkəzi Bankı inflyasiya hesabatını dərc edəcək. Bankın il sonu üçün 14.6 faiz olan inflyasiya proqnozunu azaltması gözlənilir.
Məzənnənin 5.45 - 5.50-yə doğru düşə biləcəyi qeyd edilir.
Türkiyənin ABŞ ilə münasibətlərin müsbətə getməsi də Lirəni dəstəkləyir.