"AB Standard" Şirkətlər Qrupu 5 törəmə şirkətini bağlayıb.
FED.az xəbər verir ki, "AB TRADİNG" MMC, "AB TRAVEL"MMC, "AB SKYBELL" MMC, "AB SERVİCE" MMC və "STANDARD FUTBOL KLUBU", "MASALT" MMC, "AVTO ŞOP" MMC -lər ləğv edilib.
Məlumatda qeyd olunur ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 25, mənzil 54 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Standard İnsurance" sığorta şirkəti "AB Standard" Şirkətlər Qrupuna daxildir.