24 iyul 2019 12:06

Nissan-ın dünya miqyasında 10 000 nəfəri - İŞDƏN ÇIXARACAĞI BİLDİRİLİR

Yaponiyanın “Nissan” avtokonserni qlobal miqyasda on minlərlə əməkdaşını ixtisar etməyə hazırlaşır.

FED.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, bu, avtokonsernin maliyyə vəziyyətinin pisləşməsi ilə bağlıdır. Ötən maliyyə ilində şirkətin əməliyyat gəlirləri 40 faiz azalıb, Avropa və ABŞ-da da satışlar aşağı düşüb. İxtisarlar əsasən, şirkətin xaricdəki zavodlarını əhatə edəcək.
Eləcə də bax:Türkiyənin "Tofaş" şirkəti fəaliyyətini - MÜVƏQQƏTİ DAYANDIRDI
Cari ilin mayında şirkətin 4800 əməkdaşını ixtisar edəcəyi planı barədə məlumat yayılmışdı. Göründüyü kimi, xərcləri azaltmaq və şirkətin vəziyyətini sabitləşdirmək üçün bu rəqəm iki dəfə artırılıb.

NHK telekanalının bildirdiyinə görə, eyni zamanda, istehsal xətlərinin ixtisarının aparılması da planlaşdırılır.

“Nissan”ın direktorlar şurasının sabiq sədri Karlos Qonun həbsindən sonra avtokonsern daxili strukturu yeniləməyə, fəlaiyyətin şəffaflaşdırılmasına və səmərəliliyin artırılmasına çalışır.






 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz