Bank “BTB” ASC 2019-cu ilin ilk yarımilliyinin nəticələrini açıqlayıb. Bankın yaydığı məlumatda bildirilir ki, ilin ilk yarımilliyin nəticələrinə əsasən, Bank “BTB” ASC-nin aktivləri 303 milyon 772.50 min manat təşkil edib.
Eləcə də bax:"AtaBank"ın mənfəəti 21% artıb
Bank BTB ASC-nin kredit portfelində hesabat dövrü ərzində artım müşahidə olunub. Kredit portfeli 198 milyon 66 min manata çatıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% yaxın artım deməkdir.
Bank “BTB”nin depozit portfeli 116 milyon 622 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (106 milyon 958 min manat) 9%-ə yaxın artım deməkdir.
Eləcə də bax:Azərbaycan bankları 2-ci rübü necə tamamlayıb? – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI – YENİLƏNİR
2019-cu ilin yanvar-iyun dövründə Bank “BTB”-nin cəmi gəlirləri 13 milyon 478 min manat, cəmi xərcləri 12 milyon 583 min manat təşkil edib. Bank ilin birinci yarısın 895 min manat mənfəət ilə başa vurub.
30.06.2019-ci il tarixinə Bankın məcmu kapitalı 55,6 milyon manat təşkil edib.
Qeyd edək ki, hal hazırda Bank “BTB” ASC 17 xidmət nöqtəsilə təmsil olunur.