18 iyul 2019 10:04

Azərbaycanda qeyri-kommersiya qurumlarının fəaliyyətini dayandırmaq üçün – YENİ QAYDALAR

Ədliyyə Nazirliyi “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda dəyişiklik edib. FED.az xəbər verir ki, Dəyişiklik qaydaların XI-I hissəsinə - Qeyri-kommersiya qurumlarının fəaliyyətinin dayandırılması bəndinə aiddir.
Eləcə də bax:«Baş prokuror vəzifəsini 2 milyon avroya satdıq» - KEÇMİŞ BAŞ NAZİR

Nazirliyin qərarı ilə həmin hissəyə aşağıdakı məzmunda 11-1.10-11-1.15-ci bəndlər əlavə olunub: 

“11-1.10. Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın, həmkarlar ittifaqının, qeyri-hökumət təşkilatının, xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hərbi vəziyyət başa çatanadək Azərbaycan Respublikası Prezidentinin Fərmanına (bundan sonra - hərbi vəziyyət barədə Fərman) əsasən dayandırıla bilər.

11-1.11. Siyasi partiyanın, həmkarlar ittifaqının, qeyri-hökumət təşkilatının, xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıldıqda, bu barədə məlumat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hərbi vəziyyət barədə Fərmana istinad edilməklə 3 gün müddətindədövlət reyestrinə daxil edilir. Həmin məlumatda hərbi vəziyyət barədə Fərmanın tarixi, nömrəsi, qüvvəyə mindiyi tarix, dayandırmanın müddəti, dayandırmanın başa çatdığı tarix göstərilir.

11-1.12. “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hərbi vəziyyət başa çatanadək fəaliyyəti dayandırılmış siyasi partiyanın, həmkarlar ittifaqının, qeyri-hökumət təşkilatının, xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin bərpa edilmiş hesab olunması barədəməlumat Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hərbi vəziyyət dövrünün başa çatdığı gündən növbəti gün ərzində dövlət reyestrinə daxil edilir. Qurumun fəaliyyətinin bərpa edilməsi barədə məlumatda fəaliyyətinin bərpa edildiyi tarix və bərpa edilməsinin hüquqi əsasları göstərilməlidir.

11-1.13. Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədən siyasi partiyaların fəaliyyəti “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada fövqəladə vəziyyət rejiminin müddəti bitənədək Azərbaycan Respublikası Prezidentinin Fərmanına (bundan sonra - fövqəladə vəziyyət barədə Fərman) əsasən dayandırıla bilər.

11-1.14. Siyasi partiyanın fəaliyyəti fövqəladə vəziyyət rejiminin müddəti bitənədək dayandırıldıqda, bu barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən fövqəladə vəziyyət barədə Fərmana istinad edilməklə 3 gün müddətində dövlət reyestrinə daxil edilir. Məlumatda fövqəladə vəziyyət barədə Fərmanın tarixi, nömrəsi, qüvvəyə mindiyi tarix, dayandırmanın müddəti, dayandırmanın başa çatdığı tarix göstərilir.

11-1.15. “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada fövqəladə vəziyyət rejiminin müddəti bitənədək fəaliyyəti dayandırılmış siyasi partiyanın fəaliyyətinin bərpa edilmiş hesab olunması barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən fövqəladə vəziyyət rejiminin müddətinin bitdiyi gündən növbəti gün ərzində dövlət reyestrinə daxil edilir. Qurumun fəaliyyətinin bərpa edilməsi barədə məlumatda fəaliyyətinin bərpa edildiyi tarix vəbərpa edilməsinin hüquqi əsasları göstərilməlidir.”


 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz