Daha bir bankın maliyyə vəziyyəti məlum olub. FED.az xəbər verir ki, “Azərbaycan Sənaye Bankı” bu ilin birinci yarısını 5 mln 152 min manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən də çoxdur.
“Azərbaycan Sənaye Bankı” nın(ASB) cəmi aktivləri ötən ilin birinci yarısı ilə müqayisədə bu il 10.1% artaraq 916 mln 161 min manat təşkil edib.
Hesabat dövründə bankın cəmi öhdəlikləri 11,6% azalaraq 818 mln 922 min manata, depozit portfeli 6,8% azalaraq 651 mln 633 min manata enib. Son 1 ildə bankın kredit potfeli 18% artaraq 308 mln 946 min manat təşkil edib.
ASB nin gəlirləri ötən ilin birinci yarısı ilə müqayisədə 25.7% artaraq 19 mln 576 min, xərcləri isə 5.7% artaraq 12 mln 697 min manat təşkil edib.


