Azərbaycan sığorta bazarının aktiv şirkətlərindən biri olan "Azərbaycan Sənaye Sığorta"ASC regionlardakı nümayəndəliklərin inkişafı və göstərilən xidmətlərin yüksəldilməsi istiqamətində daim işlər görür.
FED.az xəbər verir ki, görülən işlər istiqamətində, təqdim olunan xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə Gəncə şəhəri, H.Əliyev Prospekti mənzil 87, ev 15 ünvanında yerləşən ofisi yenilənərək istifadəyə verilib. Müştərilərə həftə içi saat 09:00-dan 18:00-dək xidmət göstərilir, ofis səmərəli iş üçün bütün şəraitlə təmin olunub.
Nümayəndəlik bütün növ könüllü sığorta, həmçinin "İcbari sığorta növləri haqqında" qanununa uyğun olaraq daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası xidmətlərini göstərir.
"Azərbaycan Sənaye Sığorta"ASC 1996-cı ildən fəaliyyət göstərir. Şirkət Azərbaycanın bütün regionlarında nümayəndəliklərlə təmsil olunur. Cəmiyyət “İcbari Sığorta Bürosu”, “Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlarda üzv qismində təmsil olunur.
2019 ildən “Azərbaycan Sənaye Sığorta” ASC “Dəqiq, Şəffaf və Etibarlı tərəfdaş” şüarı altında öz fəaliyyətini davam etdirir.
"Azərbaycan Sənaye Sığorta" Gəncə ofisini yenilədi
10:38
17 İyul 2019