Eləcə də bax:İllik 5 faiz gəlirli SOCAR istiqrazları - VİDEO
Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 96.4540 AZN (10.0000%) və 101.837 AZN (6.9997%) olan 29 sifariş verilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.6378 (7.6500%), orta ölçülmüş qiyməti 100.8307 (7.5447%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 90 milyon 161,1 min AZN, yerləşdirilmiş həcmi isə 20 milyon AZN təşkil edib. Başqa sözlə, kağızlara tələbat təklifi 4,5 dəfə üstələyib.İstiqrazların ödəmə tarixi 13.07.2021-ci il.
Hərrac iştirakçıları 17 iyul 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.