Bu ilin I yarısında "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində 769 texnika istehsal olunub.
Bu barədə FED.az-ın sorğusua cavab olaraq zavoddan bildirilib.
Eləcə də bax:Azərbaycanda daha çox hansı maşınlar sürülür? — Xarici markalar Rusiya maşınlarını bazardan “sıxıb” çıxarır
Məlumata görə, bunun 747-si müxtəlif model traktor, 1-i MAZ markalı qoşqulu avtomobil, 1-i "Kamaz" markalı avtomobil, 9-u kombayn, 4-ü elektrobus, 2-si MAZ markalı avtobus, 5-i isə özüboşaldan traktor qoşqusudur.
Məlumatda həmçinin deyilir ki, bu günə qədər İstehsalat Birliyində, ümumilikdə, 11 modeldə 10 805 ədəd traktor, 143 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu traktorlardan 10 022-si dövlət sifarişi əsasında Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrolizinq" ASC-yə, qalan 713-ü isə fermerlərə və iş adamlarına satılıb.
Bundan başqa, indiyə qədər zavodda, ümumilikdə, 8 modeldə, müxtəlif modifikasiyalarda 2 864 ədəd MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə təhvil verilib. Bu avtomobillərin yığımının 30-40%-ni yerli istehsal təşkil edir.
Həmçinin müəssisədə 330 MAZ qoşqusu və 3 202 asma avadanlıq, 208 ədəd KAMAZ markalı yük avtomobili və 411URAL avtomobili istehsal edilib.