"Turan Bank" maliyyə vəziyyətini açıqlayıb. FED.az bankın hesabatına istinadən xəbər verir ki, “Turan Bank” bu ilin birinci rübünü 150 min manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26% azdır.
Bankın cəmi aktivləri bu ilin birinci yarısında 510 mln 934 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çoxdur.
2019-cu ilin ilk 6 ayı ərzində “Turan Bank”ın cəmi öhdəlikləri 1,9% artaraq 441 mln 656 min manata, depozit portfeli 15% artaraq 260 mln 925 min manata, cəmi kapitalı 16,3% artaraq 69 mln 277 min manata kredit poprtfeli isə 17% yaxın artaraq 319 mln 758 min manata çatıb.
“Turan Bank” həmçinin nizamnamə kapitalını da artırıb. Belə ki, bankın nizamnamə kapitalı 18.1% artaraq 65 mln 006 min manat olub.
Daha bir bankın maliyyə vəziyyəti məlum oldu - HESABAT
16:03
15 İyul 2019