«NBC Bank» 2019-cu ilin ilk yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb. FED.az bankın maliyyə hesabatına əsasən xəbər verir ki, iyulun 1-ə olan məlumata görə, bankın aktivləri ötən illə müqayisədə 0,22% artaraq 293 mln 711 min manat təşkil edib.
Bu dövrdə bankın öhdəlikləri də ötən ilin ilk yarısı ilə müqayisədə 0,29% artaraq 235 mln 578 min manat təşkil edib.
Bankın cəmi kapitalı ötən ilin birinci yarısında 58 mln 644 min manat olduğu halda bu ilin ilk yarısında 58 mln 332 min manat olub.
NBC Bankın ötən il ilin ilk 6 ayının göstəricilərinə görə, mənfəəti 1 mln 872 min manat olduğu halda bu il bu rəqəm 184.8 min manat təşkil edib.
Bankın faiz gəlirləri ötən ilin ilk 6 ayı ilə müqayisədə 0.7% artaraq 9 mln 118 manat, qeyri-faiz gəlirləri 0.24% artaraq 1 mln 811 min manat, faiz xərcləri isə 0.47% artaraq 7 mln 221 min manat edib.
«NBC Bank»ın vəziyyəti məlum oldu – HESABAT
15:35
8 İyul 2019