ABŞ ilə Çin arasındakı vəziyyət gərginləşməkdə davam edir. 5G şəbəkəsi üçün Huawei ilə ZTE şirkətlərinin təchizatlarının bloklanmasından əlavə olaraq ABŞ hökuməti bazarı Huawei şirkətinin 3G ilə 4G texnologiyalarından da təmizləmək niyyətindədir.
FED.az xəbər verir ki, bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. Nəticə etibarilə Çin ilə ABŞ arasındakı ticarət müharibəsində “qurbanların” sayı arta bilər. Yəni bu vəziyyətdə zərər çəkəcəklər siyahısında təkcə Çin şirkətləri olmayacaqlar.
Eləcə də bax: ABŞ-ın ən varlı ailələri: “Bizə qoyulan vergiləri artırın”
Məlumata əsasən ABŞ hökuməti gələcək 5G telekommunikasiya şəbəkəsində bütün Çin istehsalı olan məhsulları bloklamaq imkanını nəzərdən keçirdir. İlkin hesablamalara əsasən bu cür qərar ABŞ hökumətinə 1 milyard dollara başa gələ bilər. Məsələ burasındadır ki, bu qərar təkcə ZTE ilə Huawei şirkətlərinə deyil həm də təchizatları Çində istehsal olunan Avropa şirkətlərinə də şamil olunur. Bu səbəbdən Nokia və Ericsson kimi şirkətlər də təhlükə altındadırlar. Həmçinin istisna deyil ki, Çində istehsal olunan iPhone modellərinin ABŞ bazarına gətirilməsinə qadağa qoyulsun.
Bununla yanaşı ortaya çıxmış yeni məlumata əsasən ABŞ hökuməti öz bazarı üçün aparat və proqram təminatının hazırlanması mövzusunda yerli telekommunikasiya şirkətlərinə müraciət edib. Hesabatda qeyd olunub ki, bu plan hələ qeyri-rəsmi mərhələdədir və yeni qaydaları özündə əks etdirən siyahı 150 günlük müddətin bitməsindən sonra təqdim olunacaq. Lakin bu qərar bir neçə il zaman apara bilər. Daha öncədən məlumat verilmişdi ki, Huawei-yə qarşı tətbiq olunmuş ABŞ sanksiyaları öz növbələrində 5G şəbəkəsinin yayılmasını bir xeyli ləngidə bilərlər.
©Technote