Sahibkarların vergi və sosial ödənişlərlə bağlı rüblük hesabatları vahid formada birləşdiriləcək.
FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov deyib.
Eləcə də bax: Pərakəndə və topdansatışda mallar belə sənədləşməlidir - MÜSAHİBƏ
Nazirlik rəsmisi qeyd edib ki, artıq muzdlu işlə bağlı gəlir vergisi bəyannaməsi, məcburi dövlət sosial sığortası bəyannaməsi, işsizlikdən sığorta üzrə hesabatlar vahid formada birləşdirilərək sahibkarların istifadəsinə veriləcək.
ELƏCƏ DƏ BAX : Rayonların gəliri çox olub - BÜDCƏDƏN AZ PUL AYRILIB - AÇIQLAMA
"Düşünürük ki, bu xüsusi standart “Excel” forması olacaq. Həmin sənədi doldurarkən sistemə import edildikdə hər 4 bəyannamənin tələbləri vahid sənəddə müvafiq bölmələrdə doldurulacaq", - deyə o bildirib.
N.Şirinov əlavə edib ki, bu yenilik həm ölkəmizin "Doing Business" hesabatlarında irəli getməsinə, həm də sahibkarların işini rahatlaşdırmaqda xeyli kömək göstərəcək.