“WhatsApp” smartfonların əsas mesajlaşma proqramıdır. Hətta telefonların adi mesajlaşma tətbiqindən çox istifadə olunur. “WhatsApp” internetlə istifadə olunan bir proqram kimi tanınır. Lakin artıq internet olmadan da “WhatsApp”la əlaqə qurmaq mümkündür.
FED.az olaraq bu yazımızda internetdən istifadə etmədən “WhatsApp” tətbiqindən istifadə etməyin yolunu göstəririk.
Bunun üçün ilk növbədə Android cihazından telefonunuzun “Tənzimləmələr” bölməsinə daxil olun. Daha sonra “Mobil şəbəkələr” bölməsini seçin. Buradan “Giriş nöqtələrinin adları” hissəsindən yuxarı sağ küncdə verilən “+” (“Giriş nöqtəsini redaktə edin”) bölməsinə daxil olun.
“Ad” yerinə “WhatApp”; “APN” hissəsinə “internet”; “proxy” yerinə “127.0.0.01”; və “port” hissəsinə isə “8080” qeyd edin.
@TED.az