Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:
ELƏCƏ DƏ BAX : İşsiz və işaxtaran vətəndaşlarla bağlı - FƏRMAN
1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, №11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017; 2018, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.8.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“4.8.2. əhalinin işlə təmin edilməsi və məşğulluq səviyyəsinin artırılması üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görmək.”.
2. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 522; 2018, № 1, maddə 39, № 9, maddə 1838; 2019, № 2, maddə 218; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 aprel tarixli 618 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
2.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.0.81-ci yarımbəndinə “dövlət əmlakının” (ikinci halda) sözlərindən sonra “, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda digər əmlakın” sözləri əlavə edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə, 2.0.1-ci və 3.0.1-ci yarımbəndlərinə “dövlət əmlakının” sözlərindən sonra “, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda digər əmlakın” sözləri əlavə edilsin.
3. “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1834; 2018, № 2, maddə 194, № 5, maddə 921) 7.2.3-cü yarımbəndində “statusu almış vətəndaşlar” sözləri “kimi qeydiyyata alınmış şəxslər” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2019-cu il.