Nazirlər Kabineti “Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Eləcə də bax: İcbari tibbi sığorta özəl klinikalarda - QİYMƏTLƏRİ ENDİRƏCƏK
FED.az xəbər verir ki, bu qərar “Tibbi sığorta haqqında” qanuna dəyişikliklərin təsdiqi ilə bağlı dövlət başçısının 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının icrası məqsədilə qəbul edilib. Təsdiq edilən qayda icbari tibb sığorta prosesinə cəlb edilən xəstəxana və klinikaların və onların bölmələrinin göstərdikləri xidmətlərlə bağlı hesabat verməsinə aiddir.
Qeyd edək ki, 2020-ci ildən qüvvəyə minəcək icbari tibbi sığorta zamanı tibbi xidmət göstərən xəstəxanalar bununla bağlı Agentliyə hesabat təqdim edəcək və bu hesabatda göstərilən xidmətlərin pulunu alacaqlar. Elə ona görə də qaydalar 2020-c il yanvarın 1-dən qüvvəyə minəcək.
Qeydalarda deyilir:
Tibb təchizatçısının və ya tibbi ərazi bölməsinin icbari tibbi sığorta çərçivəsində göstərdiyi tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi
QAYDASI
1. Ümumi müddəa
1.1. Bu Qayda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-25.2-ci maddəsinə əsasən hazırlan-mışdır və tibb təchizatçısı və ya tibbi ərazi bölməsi (bundan sonra – təchizatçı) tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərlə bağlı hesabatların təqdim edilməsi qaydasını müəyyən edir.
2. Qaydanın əhatə dairəsi və müddəti
2.1. Bu Qayda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) ilə “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-19-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tibbi xidmətlərin maliyyələşdirilməsi haqqında müqavilənin nümunəvi formasına uyğun olaraq müqavilə (bundan sonra – müqavilə) bağlamış təchizatçılara şamil edilir və müvafiq təchizatçı üçün həmin müqavilənin qüvvədə olduğu müddətdə etibarlıdır.
3. Təchizatçı tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərlə bağlı hesabata
daxil olan məlumatlar
3.1.Təchizatçı tərəfindən icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərlə bağlı bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş hesabat formasına daxil edilən məlumatlar aşağıdakılardır:
3.1.1. təchizatçının adı və hüquqi ünvanı (ünvanı);
3.1.2. təchizatçının Agentliklə bağladığı müqavilənin tarixi və nömrəsi;
3.1.3. hesabatın təqdim olunduğu dövr;
3.1.4. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətin növü və sayı;
3.1.5. icbari tibbi sığorta çərçivəsində tibbi xidmət göstərilmiş sığortaolunanların sayı;
3.1.6. sığortaolunanın təchizatçıya müraciət müddəti;
3.1.7. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətin məbləği (ƏDV daxil edilməklə);
3.1.8. azadolma məbləği (ƏDV daxil edilməklə);
3.1.9. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmət üzrə sığorta ödənişinə təqdim edilmiş məbləğ (ƏDV daxil edilməklə);
3.1.10. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə sığorta ödənişinə təqdim edilmiş ümumi məbləğ (ƏDV daxil edilmədən);
3.1.11. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə tətbiq edilən ƏDV;
3.1.12. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlər üzrə sığorta ödənişinə təqdim edilmiş ümumi məbləğ (ƏDV daxil edilməklə).
4. Təchizatçı tərəfindən hesabatın təqdim edilməsi qaydası
4.1. Təchizatçılar hər ayın 15-dən gec olmamaq şərtilə ötən təqvim ayı üzrə icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətlərlə bağlı hesabatı təchizatçı fiziki şəxs olduqda imzası, hüquqi şəxs olduqda rəhbərin imzası və möhürü ilə təsdiq etməklə Agentliyə təqdim edirlər.