İyunun 20-dən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda yerləşən Karbamid zavodu şirkətin idarəçiliyinə keçəcək
FED.az  xəbər verir ki,bu barədə jurnalistlərə Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib.
O qeyd edib ki, hazırda Koreyanın "Samsung Engineering Co., Ltd.” şirkəti ilə təhvil- təslim işləri həyata keçirilir: "Zavodda Sınaq-sazlama işləri tamamilə yekunlaşıb. İyun ayının əvvəlindən "Samsung Engineering" şirkəti ilə təhvil-təslim işləri aparılır.Bu işlərlə əlaqədar iyunun əvvəlindən zavodda istehsal dayandırılıb. Təhvil-təslim işlərinin iyunun 20-də yekunlaşması gözlənilir.Bundan sonra zavod SOCAR-ın mühəndisləri, işçiləri tərəfindən idarə olunacaq"-, deyə o əlavə edib. 
                                                    
                                                    
                    Gələn həftədən Karbamid zavodu SOCAR-ın idarəçiliyinə - KEÇƏCƏK
 
                            
                            
                        
                            16:37
                            13 İyun 2019
                        
                        

 
            

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








