Brent markalı neft 60 dollardan da aşağı düşüb . FED.az xəbər verir ki, hazırda İCE London birjasında Brent markalı neftin bir barelinin qiyməti bir müddət əvvəl 59.94 dollara ticarət olunub. WTI Texas markalı neftin NYMEX birjasında 1 barel üçün qiyməti isə 51.07 dollar təşkil edib.
Lakin sonradan ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin dəyəri 0,92% artaraq 1 barelə görə 60,52 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında isə WTI markalı neftin 1 barelinin dəyəri isə 0,47% artaraq 51,38 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsində neftin qiyməti 60 dollar götürülüb. Nəzərdə tutulan proqnozların reallaşması və gəlirlərin əldə edilməsi üçün neft əna azı 60 dollar olmalıdır.
Neft Azərbaycan üçün kritik həddən - AŞAĞI DÜŞÜB
09:29
13 İyun 2019