12 iyun 2019 12:59

Azərbaycanda Ərəb kapitallı İnvestisiya Fondunun yaradılması şərtləri - AÇIQLANIB

"Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi üçün Ərəb kapitallı İnvestisiya Fondunun yaradılması 2020-ci ildən tez mümkün olmayacaq".

FED.az xəbər verir ki, bu barədə "Report"a “Azərbaycan-Ərəb Ölkələrinin Əməkdaşlığı” İctimai Birliyinin (AACC) icraçı direktoru Yalçın Əliyev bildirib.

Eləcə də bax: Sığorta ödənişlərinə görə şirkətlərin - RENKİNQİ - MƏBLƏĞLƏR, SİYAHI

Onun sözlərinə görə, fond üçün vəsaitlərin konsolidasiyası ilə bu təşəbbüslə çıxış edən və müxtəlif mənbələrdən 200-300 milyon ABŞ dolları məbləğində ərəb sərmayəsi cəlb etməyə hazır olan Bəhreynin BCNG maliyyə şirkəti məşğul olacaq.

"İnvestisiya fondunun yaradılması üçün ilk növbədə Azərbaycan və Bəhreyn arasında qarşılıqlı investisiyaların qorunması üzrə hökumətlərarası saziş imzalamaq lazımdır. Hazırda saziş layihəsi Bəhreyn tərəfindən təsdiqlənmə mərhələsindədir", - AACC-nin icraçı direktoru deyib.

Y.Əliyev qeyd edib ki, fond kapitalda iştirak etməklə kiçik və orta müəssisələrə investisiya qoymağı planlaşdırır: "İnvestisiya əsasən nou-hau, İT-sektor, turizm, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı sahələrinə qoyulacaq. İnvestorlar arasında startap layihələrlə maraqlananlar da ola bilər".

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz