İyunun 8-dən etibarən beynəlxalq sərnişin qatarlarına bilet satışı qatarların yola düşməsinə 30 gün qalmış başlayacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
Onun sözlərinə görə, burada məqsəd beynəlxalq sərnişin qatarlarında bilet satışının təkmilləşdirilməsi və sərnişinlər tərəfindən biletlərin öncədən alınmasının təmin edilməsidir.