Dünya bazarında neftin qiyməti sürətlə ucuzlaşır. FED.az xəbər verir ki, iyunun 3-də keçirilən hərraclarda neft daha br qədər də dəyər itirərək psixoloji həddə yaxınlaşıb.
Ötən gün Londonda keçirilən hərraclarda Brent markalı neft üzrə avqust kontraktları 1,8% ucuzlaşaraq 60,88 dollara düşüb.
ABŞ-da isə WTI markalı neftin qiyməti 0,5% ucazlaşıb və 53,25 dollar olub.
Xatırladaq ki, 2019-cu ilin dövlət büdcəsində neftin qiyməti 60 dollar götürülüb.