Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Türkiyə banklarındakı depozitlərini geri götürüb.
FED.az Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası barədə illik hesabata Hesablama Palatasının rəyinə istinadən xəbər verir ki, 2017-ci ilin sonunda Fondun Türkiyə banklarında cəmi depozitləri 854 milyon 525 min manat təşkil etmişdi. 2018-ci il ərzində ARDNF depozitlərini tamamilə geri götürüb.
2017-ci ilin sonunda ARDNF-in "Turkiye İş Bankası"nda 404 milyon 620 min dollar, "Turkiye Ziraat Bankasın"da 277 milyon 779 min dollar, "Turkiye AK Bankası"nnda 172 milyon 115 min dollar depoziti var idi.
Eyni zamanda ötən il Neft Fondu 309 milyon 131 min dollarlıq Türkiyə suveren istiqrazları alıb.
Eləcə də bax: 288,8 milyon banklara qalıb, 311,3 milyon manat vətəndaşlara ödənilib - AÇIQLAMA
©Marja