“Texnologiya dövründə yaşayırıq”, “Süni intelekt insan zəkasına qalib gələcək” kimi fikirlər 10-15 il əvvəl elmi fantastika filmlərində deyilən ifadələr idi. Bu gün bu fikirlər həqiqət olsa da, təəssüf ki, hələ də bəzi texnologiyalar o qədər də “ağıllı” deyil. Məsələn: “Google” axtarış zamanı bizə bir çox imkanlar təklif edir, ancaq bəzən axtardığımız məlumatları tapmaq o qədər də asan olmur. Bəs axtardığımız məzmunun “Google” tərəfindən tam olaraq anladığına, yəni axtarışın istədiyimiz nəticələrə ən yaxın olmasına necə əmin ola bilərik?
Eləcə də bax: Azərbaycana rəsmi telefon idxalında böyük artım
TED.az olaraq bunun üçün bir neçə üsul təklif edirik.
Bu, ya O. Bəzən cümlələrdə və ya fərqli vəziyyətlərdə çox zaman iki seçim arasında qalırıq. Belə hallarda ifadələrin arasında “və ya” bağlayıcısından istifadə etsək, “Google” bizə doğru yol göstərər.
Oxşar mənalı sözlər. Axtaracağınız sözün qarşısına “~” simvolunu əlavə edin. Bu zaman “Google” axtardığınız sözə uyğun olaraq oxşar mənalı sözləri sizə təklif edəcək.
Saytların içərisində axtarış. Bir saytın daxilində axtarış etmək istəyirsinizsə, axtarış sətri yerinə saytın linkini yazın, daha sonra linkin yanına axtarmaq istədiyiniz sözü əlavə edin.
“Around+”dan istifadə edin. Əgər hər hansı bir məzmunu tapmaq istəyirsinizsə, o zaman həmin məzmundan bir söz yazıb yanına “Around+” yazmağınız kifayətdir.
* işarəsi. Cümlədə tək bir sözü unutmusunuzsa, unutduğunuz sözün yerinə “ * ” işarəsini qoyaraq məzmunu tapa bilərsiniz.
“Insite:” “Intitle:”dan istifadə. Əgər hər hansısa bir mövzunun hansı saytda yerləşdiyini bilmək istəyirsinizsə, “insite:” və ya “insite:” sözlərindən istifadə edə bilərsiniz. Belə ki, bu anlayışları saytda bildyiniz hər hansısa bir cümlənin qarşısına yazaraq, məlumatın hansı sayta aid olduğunu tapa bilərsiniz.
Zaman aralığından istifadə. Əgər hər hansısa bir zamanda olan məlumatları axtarırsınızsa, bu zaman yaxşı olar ki, bir zaman aralığından istifadə edəsiniz.
Oxşar saytlar vasitəsilə axtarış. Oxşar mövzularda axtarış etmək üçün, “releated:” açar sözündən istifadə edə bilərsiniz.
“ ” -lar vasitəsi ilə axtarış. Xüsusi bir məzmunu axtarırsınızsa, “ ”-dan istifadə etmək ən yaxşı üsullardan biridir. Məsələn: “Qılınc və qələm” romanı.
Lazımsız sözləri ləğv edərək axtarış. Əgər bir sözün qarşısında “-” işarəsindən istifadə edərək axtarış aparsanız, “Google” həmin sözün olmadığı məzmunları axtaracaq.
©ted.az