Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün kredit portfeli 1 milyard manatdan çoxdur.
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 937,769 milyon manat), "Xalq Bank" (1 427,447 milyon manat), "Kapital Bank" (1 322,01 milyon manat) və "PAŞA Bank"dır (1 269,689 milyon manat).
Qalan 26 bankdan 1-nin kredit portfeli 500 milyon manat - 1 milyard manat arasında, 20 bankın kredit portfeli 100-500 milyon manat arasında, 3 bankın kredit portfeli 10-100 milyon manat arasında, 2 bankın kredit portfeli isə 10 milyon manatdan azdır. Bunlar Pakistan Milli Bankının Bakı filialı (849 min manat) və İran Milli Bankının Bakı filialıdır (3,733 milyon manat).
Eləcə də bax: Azərbaycanda 9 bankın kredit portfeli azalıb - SİYAHI