"Az-Granata" MMC Afrikanın Qana ölkəsinə alkoqolsuz şərabın ixracına başlayır. FED.az xəbər verir ki, bunu MMC-nin istehsal üzrə direktor müavini Vüqar Mikayılov deyib.
Eləcə də bax: Azərbaycan Fars körfəzinə dəmir yolu ilə də çıxa bilər - YENİLİK
Onun sözlərinə görə, ümumiyyətlə, Afrikada şərabçılıq sahəsi çox inkişaf edib, lakin Qanaya alkoqolsuz şərabın ixracı onu göstərir ki, bu ölkədə alkoqolsuz şərab istehsal edilmir: "Yaxın günlərdə bu ölkəyə 13 min butulka göndəriləcək. Qeyd edim ki, hazırda müəssisədə istehsal olan şərablar Çexiya, Polşa, Almaniya, Yaponiya, Çin, Rusiya və Ukrayna bazarlarına ixrac edilir".