Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” ekspert qrupunun növbəti görüşü keçirilib.
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın nümayəndələrinin də iştirak etdiyi görüşdə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na ediləcək dəyişikliklər müzakirə edilib.
Ekspert qrupunun görüşündə ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatlarda tətbiq olunan “interçeync” xidmət haqqı tarifləri də nəzərdən keçirilərək, beynəlxalq kart təşkilatları ilə mövcud tariflərə dair danışıqların davam etdirilməsinin zəruriliyi qeyd edildi.
Görüş çərçivəsində ekspert qrupu tərəfindən Banklararası Kart Mərkəzində tətbiq olunan hesabatlılıq formalarının təkmilləşdirilməsi istiqamətində görülən işlərə toxunularaq yekun hesabatlılıq formasının hazır olduğu bildirildi.
Eləcə də bax: Bağlanan iki bank şirkətləri məhkəməyə verdi: KREDİT BORCUNA GÖRƏ
Azərbaycanda bank kartından istifadə tariflərinə – YENİDƏN BAXILACAQ
12:58
24 May 2019