Bakı-Sabunçu qatarında gedişhaqqı 50 qəpik olacaq.
FED.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov bildirib.
"Bu gün Sabunçu vağzalından Bakının mərkəzinə avtobus ilə gəlmək üçün təxminən 60 qəpik gedişhaqları ödənilir. Biz baxdıq və 50 qəpik gedişhaqqı müəyyənləşdirdik".
Eləcə də bax: Bakı ətrafında elektrik qatarları işə düşür – YENİLİK
13,5 kilometrdlik Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərində Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları yerləşir. Bu dayanacaqlardan Bakıya gedişhaqqının nisbətən aşağı olacağı gözlənilir.
Qeyd edək ki, Bakı sərnişin-Sabunçu dəmir yolu yenidən inşa olunub. Bakı sərnişin vağzalından Sabunçu dəmir yolu vağzalına müasir sürət qatarı işləyəcək.